Çimərlik voleybolu üzrə Avropa çempionatı keçirilib

9-13 sentyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə çimərlik voleybolu üzrə U-22 Avropa çempionatı keçirilib.

Turnirdə ölkəmizi İbrahim M./Muhamməd A. və Səbinə Ə./Leyla Ə. cütləri təmsil ediblər.

İbrahim/Muhamməd cütlüyü təsnifat mərhələsində İtaliya və İsrail komandaları ilə qarşılaşıb və hər iki oyunda rəqiblər qələbə qazanıb.

Çempionata əsas mərhələdən qatılan Səbinə/Leyla cütlüyü isə İtaliya, Çexiya və Danimarka komandaları ilə qarşılaşıb. Qızlarımız da hər üç görüşdə məğlub olublar.

Qeyd edək ki, çimərlik voleybolçularımız 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər. 

Avropa çempionatı U-22 (oğlanlar)

İtaliya – Azərbaycan 2:0 (21:15, 21:10)
İsrail – Azərbaycan 2:1 (21:15, 19:21, 15:11)

Avropa çempionatı U-22 (qızlar)

İtaliya – Azərbaycan 2:0 (21:7, 21:8)
Çexiya – Azərbaycan 2:0 (21:12, 21:8)
Azərbaycan – Danimarka 0:2 (06:21; 18:21)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *