Voleybola yazıl

Azərbaycan Voleybol Federasiyasının (AVF) regionlarda voleybolun inkişafı və yeni nəslin bu idman növünə cəlb olunması istiqamətində fəaliyyəti çərçivəsində federasiyanın nəzdində 7 Regional Voleybol Klubu (RVK) fəaliyyət göstərir. RVK-lar ölkənin müxtəlif bölgələrində voleybolun kütləviliyinin artırılması, uşaqlar və yeniyetmələr arasında bu idman növünün təbliği, yeni istedadların üzə çıxarılması və onların peşəkar idmana cəlb olunması məqsədini daşıyır.

RVK-larda həm qız, həm də oğlanlar üçün təcrübəli mütəxəssislər tərəfindən məşqlər ödənişsiz keçirilir.

Bakı RVK – Bakı şəhəri və Abşeron ərazisini əhatə edir. 
Əlaqə nömrəsi: (+994 51) 758 32 62

AVF-nin Naxçıvan filialı –  Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını əhatə edir. 
Əlaqə nömrəsi: (+994 50) 245 41 42

Gəncə RVK – Gəncə, Mingəçevir, Naftalan, Ağdaş, Ağdam, Bərdə, Daşkəsən, Goranboy, Göygöl, Göyçay, Ucar, Samux, Yevlax, Tərtər, Ağcabədi, Zərdab və Kürdəmir rayonlarını əhatə edir. 
Əlaqə nömrəsi: (+994 50) 328 31 01  

Sumqayıt RVK – Sumqayıt, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını əhatə edir.
Əlaqə nömrəsi: (+994 55) 247 94 26

Oğuz RVK – Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını  əhatə edir.
Əlaqə nömrəsi – (055) 345 41 46.   (070) 345 41 46;

Tovuz RVK – Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy və Qazax rayonlarını əhatə edir. 
Əlaqə nömrəsi: (+994 51) 449 49 59

Şərqi Zəngəzur RVK – Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarını əhatə edir. 
Əlaqə nömrəsi: (+994 55) 483 34 98

Qeydiyyat üçün link